ADNAN ŞƏNSƏS VƏFAT EDİB
Türkiyənin tanınmış müğənnisi Adnan Şənsəs dünyasını dəyişib. APA TV-nin xəbərinə görə, müğənni bir müddət əvvəl yerləşdirildiyi və müalicə aldığı xəstəxanada vəfat edib.
A. Şənsəs 21 avqust 1935-ci ildə Bursada anadan olub. O, 1956-cı ildən müğənniliyə başlayıb, 16 il Ankara radiosunun solisti olub. O, Türkiyədə çəkilmiş 47 filmdə rol alıb.
A. Şənsəs xərcəng xəstəliyindən əziyyət çəkirdi.