Türkiyə hökumətinin yeni tərkibi - SİYAHI
Türkiyə Nazirlər Kabinetinin yeni tərkibi açıqlanıb. APA TV-nin xəbərinə görə, Yeni kabineti Türkiyənin baş nazir Rəcəb Tayyip Ərdoğan açıqlayıb. Ərdoğan deyib ki, yeni hökumətin tərkibində 10 vəzifədə dəyişiklik olub:
Baş nazirin müavini - Əmrullah İşlər
Ədliyyə naziri - Bəkir Bozdağ
Ailə və sosial siyasət naziri - Ayşənur İslam
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri - Nihad Zeybəkçi
Ətraf və şəhərsalma naziri - İdris Güllücə
Daxili işlər naziri- Əfqan Ala
Nəqliyyat naziri- Lütvi Əlvan
Elm, sənaye və texnologiya naziri- Fikri İşıq
Gənclər və idman naziri - Akif Çağatay Kılıç
Yeni kabinetdə istefa verən daxili işlər, ətraf və şəhərsalma naziri və maliyyə naziri ilə yanaşı adı korrupsiya qalmaqalında hallandırılmış Egemen Bağış təmsil olunmayıb.
Baş nazir kabinetin tərkibini açıqlamadan öncə prezident Abdulla Güllə iki saata yaxın görüşüb.
Eyni zamanda Türkiyədə nazirlərin istefasından sonra müxtəlif şəhərlərdə etiraz aksiyaları başlayıb. Aksiyalar Ankara, İstanbul, İzmir, Kocaeli və Mərsində keçirilir.
Etirazçılar Ərdoğan hökumətinin bütünlüklə istefaya getməsini tələb edir.