"Mercedes" "Hyundai Santa Fe" ilə toqquşdu, yaralanan var
Bakıda Heydər Əliyev Prospketinin Nərimanov rayonundan keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Prospektdən üzü "Koroğlu" metro stansiyasına tərəf hərəkət edən "Mercedes Benz" markalı avtomobil yoldan çıxaraq öncə işıq dirəyinə, daha sonra əks istiqamətdə hərkətə edən "Hyundai Santafe"yə çırpılıb. Qəza nəticəsində "Mercedes Benz" markalı avtomobil yararsız hala düşüb, sürücüsü isə ağır bədən xəsarətləri alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. "Hyundai Santafe"nin qadın sürücüsü isə xəsarət almayıb.
Nərimanov Rayon Yol Polisi İdarəsindən APA TV-yə verilən məlumata görə, qəzaya səbəb "Mercedesin Benz"in sürücüsün avtomobili yüksək sürətlə idarəetməsi olub.
Faktla bağlı Nərimanov Rayon Yol Polisi İdarəsində araşdırma aparılır.