Rusiyada yolu hasarlayan AZƏRBAYCANLI MƏHKƏMƏYƏ VERİLİB
Rusiyada Nadejdinski rayonunda azərbaycanlı sahibkar torpaq məsələsi ilə bağlı məhkəməyə verilib. APA TV-nin xəbərinə görə, rayon prokurorluğunun iddiasına əsasən, azərbaycanlı sahibkar Solovey Klyuçşda federal magistral yolunun döngəsində baza yaradıb və burada mütəmadi olaraq, meşə məhsulları və intern materialları emal edir. Bazanın hasarı demək olar, yola birləşib ki, bu da qanunla qadağan olunur. Qanunvericiliyə əsasən, bu cür sahibkar əraziləri magistral yoldan ən az 75 metr uzaqlıqda olmalıdır. Bundan başqa, iddiaya əsasən, bu tikinti Daxili işlər Nazirliyinin dövlət Yol Müfəttişliyinin müvafiq şöbəsi ilə razılaşdırılmayıb. Sahibkar isə bu torpağı ona Nadejdinski rayon administrasiyasının əvvəlki rəhbəri Qriqoriy Vedernikovun verdiyini deyib.