Xabarovskda həmyerlimiz xəstə heyvan əti satmaq istəyib

Xabarovsk vilayətinə xəstə mal-qara aparmaq istəyən azərbaycanlı saxlanılıb.

Azərbaycan vətəndaşı avtomobilin qoşqusunda dabaq xəstəliyinin yayıldığı Zabaykalye vilayətindən Xabarovska veterenar sənədləri olmayan 25 baş iribuynuzlu mal-qara keçirmək istəyib. Avtomobil Dövlət Yol Müfəttişliyinin əməkdaşlarının "M-58" avtomagistralındakı postunda saxlanılıb. Qoşquya baxış zamanı ölmüş heyvanlar da aşkar edilib.

Veterenar-sanitar qaydalarını pozma ilə bağlı yük sahibinə qarşı akt tərtib edilib. Heyvanlar isə gəldikləri yerə karantinə göndərilib.

Müəllif | Apa.Tv