Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına PENSİYA XƏBƏRİ

"Xaricdə yaşayan Azərbaycanlılar pensiya təyinatları üçün əsas hesab edilən sənədlərini konsulluqlara və səfirliklərə təqdim etməlidirlər".

 

APA TV-nin xəbərinə görə, bunu Dövlət  Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib. "Əmək Pensiyaları haqında qanuna" edilən dəyişikliklərə əsasən, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının pensiya təyinatı və təyinat üçün sənədlərin təqdim  olunma mexanizmi yenidən işlənib hazırlanıb: "Həmin konsulluq idarələri də Xarici İşlər Nazirliyi vasitəsi ilə sənədləri DSMF - ya təqdim edəcək və bundan sonra pensiya təyinatı reallaşacaq". 

 

Fond sədri onu da bildirib ki, dövlət büdcəsindən Sosial Müdafiə Fonduna ayrılan məbləğ 1 milyard 100 milyondan artıq olduğu halda, Fondun dövlət öhdəliklərinin həcmi isə 300 milyona yaxın rəqəmlə hesablanır. Eyni zamanda qeyri-sığorta xarakterli ödəmələrin birbaşa dövlət öhdəlikləri hesab edilən maliyyə  xərclərinin həcmi 1,3 milyard manatdır, dövlət büdcəsinin transferti isə 1,1 milyard manatdan bir qədər artıqdır: "Fond sosial sığorta ilə bağlı olan bütün xərcləri məhz məcburi sosial sığorta vəsaitləri hesabına reallaşdırır".

 

MDB-də ilk dəfə Azərbaycanda əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlandığını deyən Elman Mehdiyev bildirib ki, Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin 40%-ə qədəri barədə məlumat toplanıb.

 

Müəllif | Apa.Tv