İmişlidə yeni məhkəmə binası tikilir
Ədliyyə naziri, Məhkəmə-Hüquq şurasının sədri Fikrət Məmmədov yeni tikiləcək İmişli rayon məhkəməsinin inzibati binasının təməlqoyma mərasimində və İmişli Ədliyyə Şöbəsinin Regional binasının açılışında iştirak edib. APA TV-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, Ümumi sahəsi 1742 kv.metr olan 4 mərtəbəli binada Ədliyyə orqanlarının (qeydiyyat, icra və notariat)-ın yerləşdiyi otaqlarla tanış olub. Şöbənin konfrans zalında quraşdırılmış vebkamera vasitəsi ilə regionlarda yerləşən Şirvan və Xaçmaz ədliyyə şöbələri, Gəncə və Oğuz məhkəmələrinin kollektivləri ilə videokonfrans keçirib. Daha sonra nazir ətraf rayonlardan gəlmiş geniş tərkibli məhkəmə və ədliyyə strukturlarının nümayəndələri ilə görüş keçirib.
Tədbirlərdə Avropa İttifaqının nümayəndələri də iştirak edib. Sonra nazir Avropa İttifaqının nümayəndələri ilə görüş keçirib.