"Nakolka Bəxtiyar" qətlə yetirildi
Bakıda tanışını qətlə yetirən şəxs həbs olunub. Yasamal Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rövşən Atəm oğlu Abdullayev aralarında yaranmış münaqişə zəminində 1974-cü il təvəllüdlü Bəxtiyar Əliabbas oğlu Quliyevi bıçaqlayaraq qətlə yetirib.
Saxlanılan şəxsin dediyinə görə, əlbəyaxa olandan sonra üstündə gəzdirdiyi bıçaqla onun ürək nahiyəsindən 2 zərbə endirib. Sonra özü evə gələrək Bəxtiyarı vurduğunu bildirib.
Faktla bağlı Yasamal rayon prakurorluğunda 120.1 qəsdən adam öldürmə maddəsi ilə cınayət işi acılıb. Saxlanılan Rövşən Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb. Mərhum Bəxtiyar Quliyev kriminal aləmdə "nakolka Bəxtiyar" kimi tanınıb.