Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolu açıldı
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-da Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Əvvəlcə dövlət başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxıb. Prezident yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış olub. Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir. Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılıb. Prezident İilham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.