Rusiyada təyyarə hərbi anbara düşdü

Novosibirskdən İrkutska uçan "AN-12" təyyarəsi hərbi anbara düşərək qəzaya uğrayıb. Təyyarədə olan heyətin bütün üzvləri həlak olub. APA TV-nin xəbərinə görə, təyyarə yerli aviazavoda məxsus olub. Fövqəladə Hallar Nazirliyinin regional rəhbərinin verdiyi məlumata görə, uçuş zamanı təyyarə ilə əlaqə itib. Daha sonra onun hərbi hissəyə məxsus anbarın yaxınlığındakı "Batareynaya" stansiyasına düşdüyü məlum olub. Rusiya mətbuatı hadisənin səbəbinin təyyarənin güc aqreqatına eyni anda iki quşun girməsi olduğunu yazır.

 

Müəllif | Apa.Tv