Göygöldə Gənclər Mərkəzi istifadəyə verilib
Göygöldə yeni tikilən Gənclər Mərkəzi istifadəyə verilib. APA TV-nın qərb bürosunun məlumatına görə, gənclər və gdman naziri Azad Rəhimov, bölgədən seçilən millət vəkilləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak ediblər. Nazır çıxışında dövlətin gənc nəslə qayğısından söhbət açıb və ölkədə aparılan gənclər siyasətinin Azərbaycanın daha işıqlı gələcəyinin təminatı olduğu vurğulanıb. Qırmızı lent kəsildikdən sonra Mərkəzə baxış keçirilib və qonaqlar burada gənclər üçün yaradılan imkanlarla tanış olublar. Gənclər Mərkəzində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bütün şərait yaradılıb. Burada kompüter otaqları, xarici dillərin öyrənilməsi üçün linqafon kabinələri, karoke guşəsi və böyük akt salonu yaradılıb.
Nazir daha sonra Göygöl Uşaq Əyləncə Mərkəzinin açılışında da iştirak edib. Muasir tələblərə cavab verən mərkəzdə kafelər və oyun otaqları həmçinin uşaqların valdeyinləri üçün istirahət məkanları da yaradılıb.