Misirdə vəziyyət gərginləşir
Misirdə "Müsəlman qardaşları" hərəkatının üzvlərinə qarşı yeni həbslər başlayıb. Ötən gün Qahirədə avtobusun hərəkət yolunda partlayış törədilib, 5 nəfər xəsarət alıb. Hakimiyyət partlayışa görə "Müsəlman qardaşları"nın məsuliyyət daşıdığını bəyan edib.
APA TV-nin xəbərinə görə, Misirin hüquq-mühafizə orqanları partlayışda şübhəli bilinən 38 nəfəri həbs edib.
"Müsəmlan qardaşları"nın tərəfdarları və müttəfiqləri isə hərəkatın ünvanına səslənən ittihamların, o cümlədən, onun terror təşkilatı elan edilməsinin əsassız olduğunu bəyan edirlər. Onlar hesab edirlər ki, hakimiyyət "Müsəlman qardaşları"nı terror təşkilatı elan etməkdə tələsib. Çünki prokurorluq hərəkatın terror aktlarında iştirakını sübut etməyib.
"Müsəlman qardaşları"nın liderləri hərbçilərin dəstəklədiyi hakimiyyətin addımlarını pisləyirlər. Hərəkatın tərəfdarları isə etiraz aksiyalarını dayandırmayacaqlarını bəyan edirlər.