AVTOBUS DƏRƏYƏ AŞDI: 32 ölü

Tailandda avtobusun dərəyə düşməsi nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Tailandın nəqliyyat naziri Çadçart Sittxipat bildirib. Bundan əvvəl baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 29 nəfərin öldüyü bildirilirdi. Nəqliyyat Nazirliyinin məlumatına əsasən, avtobusda 40 sərnişin olub. Nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılaraq, 50 metr hündürlükdən dərəyə yuvarlanıb. İlkin versiyaya görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Hadisə şahidləri avtobusun yüksək sürətlə hərəkət etdiyini bildiriblər.

 

Polis sərnişinlər arasında əcnəbilərin olması  barədə hələlik heç bir şərh vermir.

 

Müəllif | Apa.Tv
Apa.tv