Narkotik satan azərbaycanlıya 11 illik həbs cəzası

Yaroslavda narkotik vasitə satan Azərbaycan vətəndaşına hökm oxunub. APA TV-nin xəbərinə görə, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay azadlıqdan məhrum edilib.

 

Məhkum bu il martın 18-də Qorodskoy Val küçəsində Danilov şəhərinin iki sakininə ümumilikdə 2,5 qram heroin satıb, lakin narkotik vasitə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılıb. Saxlanılan zaman Azərbaycan vətəndaşının üstündən 550 qram heroin götürülüb.

 

Müəllif | Apa.Tv