Bakıda 27 yaşlı qızın BAŞINI KƏSDİLƏR

Bakıda 27 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilıb. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən yataqxanada Füzuli rayon sakini, 1986-cı il təvəllüdlü Aynurə Şahlar qızı Kazımova naməlum şəxs tərəfindən başı kəsilərək qətlə yetirilib.

APA TV-nin xəbərinə görə, aparılan araşdırma nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyənləşdirilib və o, artıq saxlanılb. Hadisənin qısqançlıq zəminində törədildiyi ehtimal olunur. Rayon prokurorluğu hələlik hadisəni törədənin kimliyini istintaq zərurəti olduğundan açıqlamır.  

 

Müəllif | Apa.Tv