Piranilər insanlara hücum etdi: 70 NƏFƏR YARALANDI
Argentinada Rosario şəhərində sərinləmək üçün Parana çayına girən insanlar piranilərin hücumuna məruz qalıb. Hadisə nəticəsində 70 nəfərin, o cümlədən 7 uşağın yaralandığı bildirilir. Yaralılardan çoxu barmaqlarını itirib. Zərərçəkənlər xəstəxanalarda müalicəyə götürülüb.
APA TV-nin xəbərinə görə, ekspertlər hesab edir ki, balıqların bu cür aqressiv davranışlarına havanın temperaturunun qalxması səbəb olub. Rosario şəhərinin yerləşdiyi Santa Fe əyalətində havanın temperaturu müsbət 38 dərəcəyə çatıb.
Cənubi Amerikadakı axar sularda yaşayan piranilər kiçik olsa da, yırtıcılıqları ilə diqqət çəkən balıq növüdür. Ət yeyənləri insanlar üçün təhlükəli sayılır. Bir çox qorxu filmlərində görülməsinə rəğmən insanlara hücum etmələri nadir hadisədir.