DƏHŞƏT: 15 yaşlı oğlan QƏTL TÖRƏTDİ
Dekabrın 26-da Suraxanı rayonunda, "Aura" şadlıq sarayının yaxınlığındakı 9 mərtəbəli binanın qarşısında qətl törədilib. Hadisəni rayon sakini, 15 yaşlı Anar Səlimovun törətdiyi bildirilir. Məktəbli şübhəli şəxs qismində saxlanılıb. Hazıda rayon prokurorluğunda dindirilir.
Hadisənin təfərrüatlarına gəlincə, APA TV Vesti.az-a istinadən xəbər verir ki, rayon prokurorluğundan verilən məlumata görə, qətlə yetirilən 24 yaşlı Həşimov Nazim Natiq oğlu binanın altında yerləşən internet klubdan cıxarkən 15 yaşlı Anar Səlimovla təsadüfən toqquşub. Yeniyetmənin ona yol verməməsinə irad bildirən Həşimovla yeniyetmə arasında mübahisə başlayıb. Bu zaman Anar özündən böyük qardaşını cağıraraq Nazim Həşımovu döyüblər. Nazimin də öz qardaşına zəng etdiyini görən 15 yaşlı oğlan bıçaqla ona 3 zərbə endirib. Zərərcəkəni "Azərsutikinti" xəstəxanasına catdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.