Sosial şəbəkə davası: 16 YAŞLI OĞLAN 3 NƏFƏRİ BIÇAQLADI

Xaçmaz rayonunda 3 nəfəri bıçaqlamaqda təqsirləndirilən şəxs saxlanılıb. Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, bu, Xaçmaz şəhər sakini, 16 yaşlı Elgün Əhmədovdur. Hadisəyə səbəb kimi gənclər arasında yaranmış mübahisə göstərilir. Gənclər arasında sosial şəbəkələrin birində mübahisə yaranıb. Onlar bu məsələni, görüşərək həll etmək qərarına gəliblər. Görüş zamanı yarana mübahisə zamanı isə əkiz qardaşlar, 17 yaşlı Məmməd və Mustafa və onların əmisi oğlu, 20 yaşlı Əli bıçaqlanıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan