APA-ya daha bir MÜKAFAT

Zərdabi Mətbuat Mərkəzi və "KredAqro" Bank Olmayan Kredit Təşkilatı "Azərbaycanın paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi" layihəsinin yekun nəticələri ilə bağlı dəyirmi masa keçirib.

 

APA TV-nin xəbərinə görə, dəyirmi masada çıxış edən Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə layihə barədə ətraflı məlumat verib. O bildirib ki, təşkilat indiyədək 20-yə yaxın beynəlxalq və yerli layihə həyata keçirib.

 

Rəhim Hüseynzadə bu il aparılan monitorinqlərin nəticələrini açıqlayıb. Ən çox iqtisadi material təqdim edən informasiya agentlikləri arasında APA birinci olub. Sonda qaliblərə diplomlar təqdim olunub.

 

Müəllif | Apa.Tv