Həmkarlar İttifaqı özünü yandıran əlilə hər ay 1500 MANAT ÖDƏYƏCƏK
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənovla bağlı qərar qəbul edib. Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev APA-ya bildirib ki, qərara əsasən, Zaur Həsənovun ailəsinə övladları yetkinlik yaşına çatana qədər AHİK tərəfindən hər ay 1500 manat vəsait ödəniləcək. Bundan başqa, konfederasiya zərurət yaranacağı təqdirdə Zaur Həsənovun xaricdə müalicəsini, ailə üzvlərinin işlə təminatını öz üzərinə götürüb. Zaur Həsənovun müsadirə olunmuş mülkinə gəldikdə, Səttar Mehbalıyev bildirib ki, həmin işlə bağlı məhkəmə qərarı var. Konfederasiya məhkəmənin qərarına müdaxilə edə, onu dəyişdirə bilməz.