Gəncədə küçədən HUŞSUZ VƏZİYYƏTDƏ YARIÇILPAQ QADIN TAPILIB

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Baş Polis İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, Samux rayon Kolayır kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Mehdiyev idarə etdiyi “Niva” markalı avtomobili ilə yolu keçmək istəyən piyada, Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Ziba Quliyevanı vurub. Qadın aldığı müxtəlif xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Başqa bir hadisə şəhər 2 saylı uşaq xəstəxananın yaxınlığındakı yaşayış binalarının qarşısında olub. Azərbaycan Texnologiya Universiteteinin yataqxanasında yaşayan Eteri Abbasova həmin ərazidən huşsuz vəziyyətdə tapılaraq Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Məlumata görə,  kəllə-beyin travması və budun sınığı xəsarəti alan Eteri Abbasova gecə bacısı qızıgildən qayıdarkən hadisə  baş verib. Xəstəxanadan bildirilib ki, xəstə gətirilən zaman üst paltarları olmasa da, üzərindəki pul və qızıl əşyalarına toxunulmayıb. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.  Hər iki fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli