20 yaşlı oğlan KÜLLİ MİQDARDA HEROİNLƏ TUTULDU

Nərimanov polisi Yardımlı rayon sakinindən 1 kq 100 qram güclü təsirə malik olan narkotik vasitə hesab edilən heroin aşkarlayıb.  Polis əməkdaşları onu maddi sübutla bir yerdə yaxalayıblar. APA TV-nin xəbərinə görə, bölmədə dindirilən zaman Fuad İbayev heroini tanımadığı  İran vətəndaşından 5000 manata  aldığını bildirib.

İstintaqla müəyyən olunub ki , əvvəllər narkotik istifadəsinə görə, məhkumluq həyatı yaşayan 20  yaşlı Qvami Həsənov bir necə dəfə Fuad İbayevdən heroin alıbmış.

Faktla bağlı CM -nin 234.1 maddəsi ilə Nərimanobv rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi acılıb. Araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv