TƏLƏSİN! Sovet dövründən qalan əmanətlərin veriməsi müddəti başa çatır
Ötən il iyunun 1-də başlanan SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü il dekabrın 31-də başa çatır.
APA TV-nin xəbərinə görə, bu müddətdə vətəndaşların müraciətləri əsasında 1 622 345 əmanət hesabı üzrə 597 320 421 manat məbləğində vəsait ödənilib. Bunu Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın sədri Razim Vəliyev bdeyib. Ümumilikdə hesablamalara görə, ödəmələrin verilməsi təxminən 2,4 min əmanət hesabını əhatə etməli idi, real göstərici daha aşağı olub. Qalan hissəni əsasən müraciət edilməyən hesablar təşkil edir.Müraciətin edilməməsinin əsas səbəbi həmin hesablarda əmanətlərin kiçik məbləğdə olması ilə bağlıdır.
R.Vəliyevin sözlərinə görə, Komissiyanın qərarları əsasında 108 176 əmanət hesabına münasibətdə itirilmiş və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçasını əvəz edən sənəd verilib ki, birdəfəlik ödəmələr həmin qərarlara əsasən həyata keçirilib. Eyni zamanda Komissiyaya daxil olmuş 5 minə yaxın ərizə, 1 200-yə yaxın elektron müraciət, Komissiyanın «qaynar xəttinə» daxil olmuş 30 mindən artıq müraciət operativ şəkildə araşdırılaraq cavablandırılıb.
R.Vəliyev deyib ki, ödəmələrin verilmə prosesinin başa çatmasına bir neçə gün qalıb. Bu günə kimi təxminən 1 380 əmanətçi öz vəsaitlərini götürməyib.