Bakıda ağır yol qəzası! DÖRD NƏFƏR XƏSARƏT ALDI

Bakının Biləcəri qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, «N» saylı hərbi hissə yaxınlığında Hüseyn Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil Ceyhun Tanrıverdiyevin idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya səbəb «VAZ 2107» markalı avtomobilin sürücüsü olub. O, “Mercedes Benz”in yoluna çıxaraq qəza şəraiti yaradıb. Nəticədə 4 nəfər yaralanıb, avtomobillərə ciddi ziyan dəyib. Eyni zamanda yolda nəqliyyatın hərəkəti iflic olub. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşlarının (YPX) gəlib, yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı Yol Polisi Xidmətinin Binəqədi rayonu şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv