Yasamalda intihar cəhdi! OĞLAN ÖZÜNÜ QALDIRICI KRANDAN ATMAQ İSTƏDİ

Bakının Yasamal rayonunda intihara cəhd olub. Yarımtikilidə qaldırıcı kranın üstünə çıxan şəxs özün yerə ataraq ölmək istədiyini bildirib. Hadisə şahidləri dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Nazirliyin xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal hadisə yerinə yollanıb. Olay yerinə gələnlər arasında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamov da olub. O intihar etmək istəyən gənci bu yoldan çəkindirməyə çalışıb.

Xilasedicilər intihar etmək istəyən gənclə müvafiq söhbətlər aparıb və əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını almağa müvəffəq olublar.

Müəllif | Apa.Tv