23 NƏFƏR QATARDA DİRİ-DİRİ YANDI

Hindistanda sürət qatarında baş verən yanğın nəticəsində azı 23 nəfər ölüb. “The Times İndia” qəzetinin verdiyi məlumata görə, hadisə dekabrın 28-də səhər Nandeda-Banqalor marşrutu ilə hərəkət edən qatarın vaqonlarından birində baş verib. Qatar Andxra-Pradeş ştatının Anantapur dairəsindəki Kotaçeru stansiyasını keçdikdən sonra kondisionerlə təchiz olunmuş vaqonda naməlum səbəbdən yanğın başlayıb. Həmin vaxt sərnişinlərdən çoxu yuxuda olub. Vaqonda 57 sərnişin var imiş. Onlardan bir çoxu qatarın stop-kran vasitəsilə dayandırılmasından sonra bayıra tullana bilib. Hadisə yerinə yanğınsöndürənlər və tibbi işçiləri gəlib. Ölənlərin əksəriyyətinin cəsədi yandığından onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv