17 nəfər VERGİ ORQANLARINDAN XARİC EDİLİB
2013-cü ildə Vergilər Nazirliyinə vətəndaşlardan «Vergi işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə əlaqədar 55 şikayət daxil olub. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən « APA -Economics»ə verilən məlumata görə, «Vergi işçisinin etik davranış kodeksi»nin tələblərinin pozulması ilə bağlı 17 əməkdaşın vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş aşağı vəzifəyə keçirilib, 4 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 22 nəfərə şiddətli töhmət, 47 nəfərə töhmət verilib, 7 əməkdaşa xəbərdarlıq elan edilib.