79 yaşlı kişi ARVADINI DÖYÜB ÖLDÜRDÜ
Azərbaycanın Yevlax rayonunda dəhşətli qətl törədilib. Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. Dekabrın 28-də səhər saatlarında kənd sakini, 79 yaşlı Əziz Əsədov 1940-ci il təvəllüdlü həyat yoldaşı Rəfiqə Əhmədovanı dəmir parçası ilə döyərək qətlə yetirib.
Hadisəni törədən Əziz Əsədov saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.