Azərbaycanda 23 DƏRƏCƏ ŞAXTA OLACAQ
Dekabrın 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz 6-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, ayrı-ayrı rayonlarda çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə 15-20 dərəcə şaxta, bəzi yerlərdə 23 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə şaxta olacaq.