Yeni Xocalı Soyqırımı abidə kompleksi rəsmi protokola salınacaq
"Yeni Xocalı Soyqırımı abidə kompleksi rəsmi protokola salınacaq".
APA TV-nin xəbərinə görə, millət vəkili Elman Məmmədov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə yeni kompleksin tikilməsi istiqamətində işlər görülür. Artıq abidənin layihəsi də hazırdır: "Ümumiyyətlə möhtəşəm soyqırım abidəsi, soyqırım muzeyi kompleksi yaradılacaq. Təbii ki, onun ziyarəti rəsmi protokola salınacaq ki, ölkəmizə gələn bütün əcnəbilər, nümayəndələr həmin abidəni ziyarət etsin".
Millət vəkili həmçinin Xankəndi şəhərinin icra strukturunu yaratmağın vacibliyini də diqqətə çatdırıb: "Bunun çox böyük siyasi, mənəvi əhəmiyyətini görmək lazımdır. Xüsusilə siyasi əhəmiyyətini. Çünki, heç olmasa Xankəndində rəsmi dövlət strukturu olsa, xankəndliləri təmsil edər. Onlarda Xankəndi adından gedib deyərlər ki, biz Xankəndindənik ".
Mövcud durumun Ağdərə rayonunda üzləşdiyini deyən millət vəkili hesab edir ki, Ağdərənin bərpası vacibdir.