Bayram Səfərov: "Ermənistan prezidenti daha onlara lazım olmayacaq"
"Dağlıq Qarabağın azərbaycanlı icması görüşə həmişə hazırdır".
APA TV-nin “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib ki, erməni icmasının görüşünü bugünkü Ermənistan hakimiyyəti istəmir: "Serj Sarkisyan və onun ətrafındakılar çox gözəl bilirlər ki, Dağlıq Qarabağda olan ermənilərlə biz oturub danışsaq, iki-üç görüşdən sonra onlara Ermənistan prezidenti lazım olmayacaq. Onlar Azərbaycan prezidentinin apardığı siyasəti dəstəkləyəcək və Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Sadəcə, vəziyyət belədir ki, onları qorxudurlar, informasiya onlarda olduqca ayrı cürdür”.
İctimai Birliyinin sədri bildirib ki, artıq gənc nəsil sülh prosesindən yorulub və torpaqların geri qaytarılmasını arzulayır.