“Olimp” MTK-nın inşa etdiyi binanın sakinləri aksiya keçirib

“Olimp” MTK-nın Binəqədi rayonu, Naxçıvani küçəsində inşa etdiyi binanın sakinləri aksiya keçiriblər. APA TV-nin məlumatına görə, sakinlər “Olimp” MTK-nın müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini bildirib və əsasən, binanın mavi yanacaqla təchizatının olmamasından şikayətləniblər. Sakinlərdən Əsməgül Abdullayeva bildirib ki, binanın qazla təmin edilməməsi ciddi problemlər yaradır.

 

Bu binadan mənzil almış xalq artisti Qəndab Quliyeva da şikayətçidir.

Sakinləri narazı salan məqamlardan biri layihə üzrə binanın qarşısında istirahət üçün nəzərdə tutulan yaşıllıq ərazinin qanunsuz zəbt edilməsidir. Onlar həmin ərazidə mərc oyunlarının təşkili üçün xüsusi yerin tikiləcəyini iddia edirlər.

 

“Olimp” MTK-nın rəhbəri Akif Azayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, binanın mavi yanacaqla təchizatına dair narahatlıqları başa düşür və bu problemin yaxın zamanlarda aradan qaldırılacağına söz verir. Akif Azayev konkret tarix də açıqlayıb.

 

MTK sədri binanın həyətində mərc oyunlarının keçirilməsi üçün xüsusi yer tikildiyinə dair sakinlərin iddiasının əsassız olduğunu deyib. Onun sözlərinə görə, həmin ərazidə tennis kortunun və uşaq bağçasının tikilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv