Rusiyada terror aktı: 3 NƏFƏR ÖLDÜ
Rusiyanın kurort şəhəri sayılan Pyatiqorsk şəhərində partlayış törədilib. APA TV-nin xəbərinə görə, Yol Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi idarəsində baş vermiş partlayış "Volqa" avtomobilində quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Uzaqdan idarə olunan partlayıcı qurğu idarənin yanındakı dayanacaqda partladılıb. Partlayışın gücü 50 kiloqram trotil ekvivalentində olub. Hadisə nəticəsində 3 nəfər ölüb, iki nəfər yaralanıb. Ölənlərin ikisini şəxsiyyəti məlum olub. Bunlar şəhər sakinləri 25 yaşlı İlya Çixarev və 43 yaşlı Serqey Nesınovdur. Ölənlərin hər üçü təsadüfən oradan keçirmiş.
Baş verən hadisə ilə bağlı şəhər rəhbərliyi fövqəladə vəziyyət elan edib. Şəhər meri bildirib ki, bütün kommunal xidmətlər gücləndirilmiş rejimə keçiblər.
Hadisə ilə bağlı təhlükəsizlik məmurunun həyatına qəsd, qanunsuz silah saxlama və daşıma və iki və daha artıq şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi açılıb. Hadisənin dəqiq təfərrüatları məlum deyil.