Mikroavtobus su anbarına düşdü, 8 NƏFƏR BOĞULUB ÖLDÜ

Türkiyədə tikintidə işləyən fəhlələri daşıyan avtobus yolun buzlaması səbəbindən uçuruma yuvarlanaraq su anbarına düşüb. APA TV-nin xəbərinə görə, hadisə Antalya vilayətinin Alanya rayonunda baş verib. Rayon jandarmının məlumatına görə, 8 nəfər ölüb, 5 nəfər yaralanıb. Mikroavtobus "Kolin" inşaat firmasına məxsus olub və həmin firmanın işçilərini daşıyırmış.

Hadisə yerinə xilasedicilər və təcili yardım xidməti çağırılıb.

Anbarın dərinliyi təxminən 10 metr olduğundan avtobusa çatmaq üçün anbarın qapıları açılıb. Su səviyyəsi 1.5 metrə qədər düşdükdən sonra cəsədləri tapılıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı