Bakıda bayram yarmarkaları başladı
Yeni İl bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Bakının bir neçə yerində yarmarkalar təşkil edilib. APA TV-nin xəbərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkalar paytaxtın Binəqədi rayonu- Dərnəgül yaşayış sahəsi, 6 saylı Peşə Liseyinin həyəti. Xətai rayonu - «Bakı» kinoteatrının yanı, Nərimanov rayonu - Əliyar Əliyev küçəsi,26 , Nəsimi rayonu - «Təzə bazar»ın ərazisi , Səbail rayonu - Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı , Suraxanı rayonu - Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi,2, - Yeni Günəşli qəsəbəsi, «Günəş» Ticarət Mərkəzinin yanı , Yasamal rayonu - Şərifzadə küçəsi,131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanındadır. Yarmarkalarda kənd təsərrüfatı malları ilə yanaşı, süd və ət məhsulları da satışa çıxarılıb. Dekabr ayının 31- də daxil olmaqla 4 gün müddətinə keçiriləcək yarmarkada istehlakçılar iştirak etməsi üçün hər hansı bir xüsusi şərt qoyulmasa da, iştirakçıların sanitar qaydalara və məhsulun keyfiyyətinə düzgün əməl etmələri tələb olunur.