Cangüdənlər polisə müqavimət göstərdi: 6 ÖLÜ, 18 YARALI
İraqda deputat Əhməd əl-Əlvaninin saxlanılması cəhdi qanlı qarşıdurma ilə nəticələnib. Deputatın mühafizəçiləri silahlı müqavimət göstəriblər. Toqquşma nəticəsində parlament üzvünün 5 cangüdəni və qardaşı ölüb, 8 tərəfdarı yaralanıb. Hüquq-mühafizə orqanlarının 10 əməkdaşının da xəsarət aldığı bildirilir.
Hadisə Ər-Rəmadi şəhərində baş verib. Hüquq-mühafizə orqanları Əhməd əl-Əlvanini hökumət əleyhinə etirazların təşkilində şübhəli bilir. Qarşıdurma ilə müşayiət olunan əməliyyat nəticəsində deputatın həbs edilib-edilmədiyi məlum deyil.