Türkiyədə 5,8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Türkiyənin Aralıq dənizi sahilində 5,8 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji xidmətinin açıqlamasında bildirilir. APA TV-nin xəbərinə görə, zəlzələnin episentri Antalya şəhərindən 86 km cənub-qərbdə, 50 km dərinlikdə qeydə alınıb. Türkiyə mətbuatının məlumatına görə, Alanya bölgəsində yerləşən bəzi otellərin divarlarında çatlar yaranıb. Antalya şəhərinin mərkəzində, Alanya və Manavqat yaşayış məntəqələrində əhali arasında çaxnaşma yaşanıb, insanlar dərhal binaları tərk edərək küçələrə çıxıb. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.

 

Müəllif | Apa.Tv