QOBUSTANDA DƏHŞƏTLİ QƏZADA ÖLƏNLƏRİN SAYI 7-YƏ ÇATDI

Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 23 yaşlı Nurlan Qasımov və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Güloğlan Əliyev və Rəhman Bəndiyev dünyasını dəyişib.

 

Ağsu rayonun Qasımbəyli kənd sakini, 57 yaşlı İnqilab Hacıyevin idarə etdiyi  “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 28 yaşlı Səməndər Xəlilov, 76 yaşlı Tutu Nuriyeva və Ağsu rayonu Gəgəli kənd sakini, 22 yaşlı Valeh Mədətov da ölüb.

 

Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.

 

Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 30 yaşlı Gülşən Nuriyeva hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.

 

Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv