Sükan arxasında yatan sürücü AĞIR QƏZA TÖRƏTDİ

Yasamal rayonu ərazisində, Dairəvi yolda ağır yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 90 VO 672 nömrəli “Lada Priora” yolun kənarında dayanan 19 BB 344 nömrə nişanlı “VAZ 2106"-ya çırpılıb. Zərbənin gücündən hər iki maşın yoldan çıxıb. Hadisə nəticəsində “VAZ 2106"-nın sürücüsü ağır yaralanıb. Polis hadisə yerinə gəlib. Məlum olub ki, hadisəni törədən ”Lada Priora”nnı sürücüsü yuxulu olub. Sürücü Əli Süleymanov hadisənin onun diqqətsizliyi ucbatından baş verdiyini etiraf edib.

 

APA TV-nin xəbərinə görə, yaralanan digər sürücü xəstəxanaya aparılıb. Onun şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı