Hələb bombalandı: 25 ÖLÜ

Suriya Hərbi Hava Qüvvələri Hələb şəhərinin üsyançılar tərəfindən nəzarət olunan məhəllələrinə hücum ediblər. “Deutsche Welle” agentliyinin verdiyi məlumata görə, aviasiya hücumu nəticəsində ən azı 25 nəfər həlak olub. Ölənlər arasında 4 uşaq da var.

 

APA TV-nin xəbərinə görə, Suriya hökuməti isə bildirir ki, hücum nəticəsində onlarla terrorist öldürülüb, çoxlu sayda hərbi sursat, yaraqlıların istifadə etdiyi avtomobil məhv edilib.

 

Hələb şəhəri iki həftədir, hökumət qüvvələri tərəfindən şiddətli hücumlara məruz qalır. Hücumlar nəticəsində 400 nəfərdən çox adam həlak olub.

Müəllif | Apa.Tv
Apa.tv