Bayramla əlaqədar qatarlarda BİLET QITLIĞI YARANIB
Bayram ərəfəsində dəmiryolunda sərnişin daşımalarında sıxlıq müşahidə edilir. “Azərbaycan Dəmir Yolları "Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA TV-yə deyib ki, bayram öncəsi bölgələrə səfər edənlərin sayının artması səbəbindən qurumun Sərnişindaşıma Departamenti vaqonların sayını maksimum həddə çatdırıb: "Rayonlara gedənlərin sayı xeyli artıb. Qatarlara imkan çatan qədər əlavə vaqonlar qoşulur. Artım daha çox Qərb istiqamətdə müşahidə edilir".
Nadir Əzməmədovun sözlərinə görə, hazırda bilet qıtlığı yaranıb. Qurum xəttə 15-20 vaqondan artıq əlavələr edə bilmədiyindən bu günlərdə bəzi sərnişinlər bilet tapmaya bilər: "Bilet satışı 10 gün əvvəl həyata keçirilib. Bugünkü tarixə əvvəldən alıbar".
O ki qaldı bayramdan sonra rayonlara gedənlərin geri qayıtmasına, Nadir Əzməmmədov həmin günlərdə də xəttə yeni vaqonlar qoşulacağını bildirib.