Ermənistan hökumətinin qanunsuz yolla əldə etdiyi MİLYARDLAR ÖLKƏDƏN ÇIXARILIR

2002-2011-ci illərdə Ermənistan hökümətinin korrupsiya, vergidən yayınma və qeyri-qanuni maliyyə mexanizmlər nəticəsində əldə etdiyi 6,2 milyard dollardan çox vəsait ölkədən çıxarılıb. APA TV-nin xəbərinə görə, bu barədə "Global Financial Integrity"-in tədqiqat mərkəzinin "İnkişaf edən ölkələrdən qanunsuz maliyyə axınları 2002-2011" adlı dördüncü hesabatında qeyd edilir.

Mərkəzin hesabatında bildirilib ki, 10 il ərzində qeyri-qanuni pulların Ermənistandan çıxarılması ölkə əhalsinin sosial inkişafına mənfi təsir edib. Bundan əlavə ölkədən qanunsuz maliyyə axını 2007-ci ildən nəzərəçarpacaq dərəcədə artıb. Təkcə 2011-ci ilə qədər bu ölkədən hər il təxminən 1 milyard dollardan çox vəsait çıxarılıb.

Bu arada Ermənistan prezidenti Serj Sərkisyan 2014-cü ilin dövlət büdcəsini imzalayıb. Növbəti il üçün Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 milyard 800 milyon dollar, xərcləri 3 milyard 7 milyon dollardır.


 

Müəllif | Apa.Tv