Volqaqradda vağzal partladıldı PARTLAYIŞ ANININ VİDEOSU - YENİLƏNİB
Rusiya Federasiyasının Volqoqrad şəhərinin beynəlxalq dəmir yolu vağzalında partlayış baş verib. APATV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış zamanı 18 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Partlayış dekabrın 29-da yerli vaxtla 12:49-da “Volqoqrad-1” stansiyasının birinci mərtəbəsində yerləşən giriş qapısının yanında qeydə alınıb. Əraziyə 10-larla təcili tibbi yardım maşını cəlb edilib.
Hazırda ərazi hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb. Partlayış terror aktı kimi dəyərləndirilib. İlkin ehtimala görə, hadisəni kamikadze qadın törədib. Çünki, hadisə yerinə terrorçuluğa qarşı mübarizə idarəsini əməkdaşları cəlb edilib. Artıq baş verən hadisə bağlı cinayət işi başlanıb.