Yanvarda Azərbaycanda anomal soyuq şaxtalı hava şəraiti proqnozlaşdırılır

Azərbaycan ərazisində 2014-cü ilin yanvar ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, lakin ayın ikinci yarısında temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir. Ayın ikinci yarısının bəzi günlərində anomal soyuq şaxtalı hava şəraiti üstünlük təşkil edəcək. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 0-4 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 4-7 dərəcə isti, ikinci yarısında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova