Məhkumların hüquqlarını pozan HƏBSXANA RƏİSİ İŞDƏN ÇIXARILDI


Ədliyyə Nazirliyi Penitensiar xidmətində kadr dəyişikliyi olub. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayev ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Fikrət Məmmədovunn əmri ilə həmin vəzifənin icrası Rauf Məmmədova həvalə edilib.

APA TV-nin xəbərinə görə, Rauf Məmmədov buna kimi 15 saylı çəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini tutub. Afdandil Hacıyevin işdən azad olunmasının əsas səbəbi kimi müəssisədə məhkumların hüquqlarının pozulması göstərilir. Ombusman tərəfindən qaldırılan məsələ araşdırılandan sonra Penitensiar Xidmətin rəisi Mədət Quliyevin təqdimatı ilə 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi Aftandil Ağayevin işdən çıxarılması barədə nazirə müraciət edib.


 

Müəllif | Apa.Tv