Özünü yandırmış Qarabağ qazisi dəfn olundu
Özünü yandıraraq dünyasını dəyişən Qarabağ müharibəsi əlili Zaur Həsənov ilə vida mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, mərasimdə Qarabağ müharibəsinin iştirakçıları, əlillər, mərhumun yaxınları, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, media nümayəndələri iştirak ediblər.
Mərhum Bibiheybət qəbirstanlığında torpağa tapşırılıb.
Dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Zaur Həsənov xəstəxanaya yerləşdirilib. Dekabrın 28 -i gecə saatlarında müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxananın Yanıq mərkəzində dünyasını dəyişib.