SƏLİM MÜSLÜMOV 25 DİREKTORU İŞDƏN ÇIXARIB

"Hansı yerli sosial müdafiə mərkəzində korrupsiya faktı ilə bağlı müraciət olunursa, biz buna dərhal reaksiya veririk. Bütün sistem sağlamlaşdırılmalıdır".

APA TV-nin xəbərinə görə, bu fikirləri əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov mətbuat konfransı zamanı deyib və bildirib ki, bu kimi şəxslərə nazirlikdə yer yoxdur: "Bu sorğular əsasında bütün əksər rayon şöbələrində bu prosesi həyata keçirdik. Artıq 25-dən yuxarı sosial müdafiə mərkəzlərinin direktoru, onların müavinləri, 130-a yaxın işçi işdən azad olunub".

 

Nazir həmçinin 5 ay ərzində bütün Qarabağ müharibəsi əlilləri və 20 yanvar hadisələrində xəsarət almış şəxslər avtomobillə təmin olunacaqlarını deyib: "Digər kateqoriyadan olan əlillər üçün gələn il nazirliyin büdcəsindən 3 milyon manatın ayrılması nəzərdə tutulub. Prezident çıxışında qalan məbləğin dövlət hesabına ödəniləcəyini deyib. Ümid edirəm ki, ələn ilin sonuna kimi saytda avtomobil növbəsi gözləyən əlillərin siyahı çıxarılacaq".  

 

Səlim Müslümov Ədliyyə Nazirliyində əhalinin reystrinin tərtib olunması prosesinin başa çatdığını və buna görə də övladlarının sayı 5-i keçən qadınların müavinətlə təmin olunması zamanı heç bir sənəd olmadan təyin ediləcəyini bildirib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Qulluğu Komissiyasının tərkibində ehtiyatda olan 16 kadrın nazirlikdə işə qəbul edilməsi ilə bağlı əmr imzalayıb.

 

Müəllif | Apa.Tv