Rusiyada terror aktında ölənlər arasında azərbaycanlılar yoxdur

Volqoqradda dəmiryol vağzalında baş verən partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlının olması barədə məlumat yoxdur. Bu barədə APA TV-yə Ümumrusiya Azərbaycanlıları Konqresinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Teymur Həsənov məlumat verib: “Ölənlərin siyahısı hələlik hazır deyil. 14 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyi ilə danışmışıq, xəstəxanaya da getmişik. Orada da siyahı yoxdur”.

Teymur Həsənov onu da qeyd edib ki, Bakıya gedən Moskva qatarı bu saatlarda vağzala çatmalıdır. Lakin onu “Volqoqrad-2” stansiyasına göndəriblər.

Qeyd edək ki, Volqoqradda dəmiryolu vağzalında gerçəkləşdirilən terror aktı nəticəsində 15 nəfər ölüb, 27 nəfər yaralanıb. Partlayışı qadın kamikadzenin törətdiyi bildirilir. Artıq baş verən hadisə bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv