Volqoqrad dakı terror aktının BƏZİ TƏFƏRRÜATLARI MƏLUM OLUB

Rusiyanın Volqoqrad şəhərinin dəmir yolu vağzalında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16-ya çatıb. Hadisənin bəzi təfərrüatları da məlum olub. Xəbər verildiyi kimi, partlayışı qadın terrorçunun törətdiyi ehtimal edilir. Yeri gəlmişkən, onun adı ölən 16 nəfərin siyahısında yoxdur.

 

APA TV-nin xəbərinə görə, məlum olub ki, partlayışın daha ağır nəticələr verməməsinin obyektiv səbəbləri var. Belə ki, terrorçu qadın vağzalın dərinliyinə qədər irəliləyə bilməyib. 29 yaşlı polis əməkdaşı, baş serjant Dmitri Makovkin qadını özünü qəribə apardığını hiss edib və ona doğru irəliləyib. Bu vaxt partlayış baş verib və polis əməkdaşı da həlak olub. Yəni, partlayışın vağzalın girişində törədilməsi planlaşdırılmırmış.

 

Yanvarın 1-dən 3-ünədək Volqoqrad vilayətində matəm elan edilib.

Müəllif | Apa.Tv
Apa.tv