Volqoqraddakı terror aktlarında zərərçəkənlər arasında azərbaycanlı yoxdur

Rusiyanın Volqoqrad şəhərində dekabrın 29-da və 30-da törədilmiş terror aktları nəticəsində həlak olan və yaralananlar arasında azərbaycanlı yoxdur. Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad şöbəsinin İdarə Heyətinin sədri Teymur Həsənov məlumat verib. O bildirib ki, hələlik ölənlərin adları dəqiq bilinməsə də, bu saata olan məlumata əsasən, zərər çəkənlər arasında azərbaycanlılar yoxdur. Onun sözlərinə görə, Azərbaycan diasporu ölənlərin ailələrinə və yaralılara yardım etməyi nəzərdə tutur.

 

Bu arada Milli Terrorçuluğa qarşı Komitə trolleybusda partlayıcı qurğunun əvvəlcədən yerləşdirildiyini və məsafədən idarə olunan qurğu ilə işə salındığı ehtimal edir.

 

Partlayışdan sonra ictimai şəhər nəqliyyatından istifadə etmirlər. Sakinlər şəhərdə piyada hərəkət edirlər. Jukov prospekti bağlanıb. Sakinlərdən trolleybusların, avtobusların salonlarını boşaltmağı xahiş edirlər. Şəhərdə növbəti terrorun olacağından ehtiyatlanırlar. Nəqliyyat vasitəsinin içərisində olan insanların əksəriyyəti ötən gün vağzalda baş vermiş terror hadisəsi zamanı xəstəxanaya yerləşdirilən insanlara baş çəkmək üçün gedirmiş.

 

Baş verən terror aktı nəticəsində 15 nəfər ölüb, 25 nəfər yaralanıb. Dekabrın 29-da Volqoqrad dəmir yolu vağzalının binasında törədilən terror aktı nəticəsində 17 nəfər ölüb, 40-dan çox adam yaralanıb.

Müəllif | Apa.Tv